Yolu keçmək istəyirdi, maşın vurub öldürdü

  • By ilhame
  • 12 İyun 2021 22:17

Bərdədə yolu keçmək istəyən piyadanı avtomobili vurarq öldürüb.

Gununsesi. infonun məlumatına görə, rayonun Mustafaağalı kənd sakini Qurban Muradov yolu keçmək istəyən zaman onu Murad İsmayılov idarə etdiyi “Vaz-2106” markalı minik avtomobili ilə vurub.

Ağır xəsarətlər alan Q.Muradov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi. info