Fransız dizayner Jan Pol Qotye Parisdəki Şatl Teatrında son moda nümayişini keçirib.
Bu barədə Gununsesi.org Lenta.ru-ya istinadən xəbər verib.
Moda dizaynerinin karyerasının 50 illiyinə həsr olunmuş tədbirdə dünyaca məşhur modellər, o cümlədən, İrina Şeyk və Dita fot Tiz iştirak edib.
Şounun sonunda podiuma çıxan Qotye hər kəsi təəccübləndirib. Belə ki, onun əynində fəhlə geyimi – mavi kombinezon və ket olub.
Dizayner izləyənlərə təzimlə təşəkkür edib və modellərlə rəqs etmək üçün səhnədə qalıb.
Bu şounun peşə karyerasında sonuncu olacağını, Qotye yanvarın 17-də jurnalistlərə açıqlamasında bildirmişdi.
Qeyd edək ki, “Pierre Cardin” moda evində karyeraya başlayan Jan Pol Qotye, 1976-cı ildə öz brendini yaradıb. Dizayner Madonna, Merilin Manson, Kayli Minoq, Milen Fermer və başqaları üçün səhnə geyimləri hazırlayıb.
COMMENTS