“Brent” ucuzlaşdı

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2026 09:19

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,07% azalaraq 1 barelə görə 102,24 ABŞ dolları təşkil edib.

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,34% azalaraq 92,55 ABŞ dollarına bərabər olub.

Gununsesi.info