“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumunun keçirilməsi beynəlxalq münasibətlərdə informasiya amilinin artan rolunu göstərir.
Gununsesi.info xəbər verir ki, bu sözləri politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Media və Yayım Şurasının təşkilatçılığı ilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyi çərçivəsində keçirilən forum AQEM-in fəaliyyətində media sahəsinə həsr olunmuş ilk belə tədbirdir.
Politoloq qeyd edib ki, son illərdə beynəlxalq münasibətlər sistemində dərinləşən ziddiyyətlər, müharibələr, geosiyasi qarşıdurmalar və informasiya müharibələri etimad problemini daha da aktuallaşdırıb.
“Belə bir şəraitdə beynəlxalq münasibətlərdə etimadın formalaşdırılması üçün media müstəvisində ciddi əməkdaşlığa ehtiyac var. İnformasiya dövriyyəsinin sürətlənməsi cəmiyyətlərin avtomatik olaraq daha düzgün və obyektiv məlumatlandırılması demək deyil. Əksinə, informasiya bolluğu dezinformasiya, manipulyasiya və saxta xəbərlərin yayılması üçün də geniş imkanlar yaradıb”, – deyə Turan Rzayev vurğulayıb.
Orxan












