Braziliya polisi ölkə prezidenti Jair Bolsonaruya hücum etməyə hazırlaşan şəxsi yaxalayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları bildirib.
Təqsirləndirilən şəxs, Bolsonarunun silahlı qüvvələrin çavuş hazırlayan məktəbinə səfəri zamanı saxlanılıb. Prezidentə hücum hazırlamaqda ittiham olunan şəxs bu müəssisədə işləyib.
Saxlanılan şəxs 3 ildən 10 ilə qədər həbs cəzasına məhkum edilə bilər.
COMMENTS