
Koronavirus pandemiyasına qarşı mübarizədə nəzərə alınmamış məqamları analiz etmək və yeni epidemioloji çağırışlara hazır olmaq lazımdır.
Gununsesi.info xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş özünün Tvitter səhifəsində yazıb.
“Hazırda dünyada pandemiya ilə mübarizədə buraxılan səhvlərin təkrarlanmasının qarşısını ala biləcək müasir və müvafiq şəkildə maliyyələşən hazırlıq sisteminə ehtiyacımız var”, – deyə Quterreş bildirib.
Gununsesi.info