
Əfqanıstanın Herat şəhərində “Taliban” hərəkatı və silahlı qruplaşma arasında baş verən silahlı toqquşmada azı 17 nəfər ölüb.
Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Ettelaat” qəzeti məlumat yayıb.
Bildirilib ki, şəhərin küçələrində nahar vaxtı başlayan atışma bütün gün davam edib. Ölənlər arasında yeddi uşaq və üç qadın da var. Bundan əlavə, bir neçə mülki şəxs yaralanaraq xəstəxanaya çatdırılıb.
Gununsesi.info