Yeni planet kəşf edildi

NASA Süd Yolu qalaktikası xaricində, Yerdən 28 milyon işıq ili uzaqlıqda bir planet namizədinin kəşf edildiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Nature Astronomy” məlumat yayıb.

Yeni qalaktikada mümkün planet namizədin Saturnun böyüklüyündə olduğu bildirilir.

Araşdırmanın başında duran Rosanne Di Stefano bildirib ki, “bu strategiya bizə başqa qalaktikaları da tədqiq etməyə imkan verə bilər”.

Di Stefano deyib ki, M51-1 adlı potensial planetlə bağlı araşdırmalar davam edir və bunu sübut etmək üçün daha çox müşahidələrə ehtiyac var.

Gununsesi.info