BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycan tənqid edildi - CEYHUN BAYRAMOVDAN CAVAB GECİKMƏDİ

  • By admin
  • 13 Sentyabr 2023 14:52

 

BMT-nin İnsan Hüquqları Şurasının 54-cü sessiyasında Azərbaycanda insan hüquqlarının durumu tənqid edilib.

Gununsesi.info-nun xəbərinə görə, sessiyada çıxış edən ayrı-ayrı ölkələrin təmsilçiləri Azərbaycanda son zamanlar insan haqlarına basqılar olduğunu deyib.

 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bu tənqidlərlə razılaşmadığını deyib.

Nazir, ölkəmizin Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn hüquqların qorunmasına sadiq  qaldığını deyib.

Onun sözlərinə görə, bu sahədə  fəaliyyət göstərən qurumlarla aktiv dialoq var.

Ceyhun Bayramov deyib ki, insan hüquqları ilə bağlı bölgədə mövcud faktları və reallıqları nəzərə almayan ittihamların irəli sürülməsi məyusluq doğurur.

 

Elmar

Gununsesi.info