Blinkenin apreldə Avropaya səfəri gözlənilir

  • By ilhame
  • 27 Mart 2024 22:48

ABŞ dövlət katibi Antoni Blinken aprelin əvvəlində Fransa və Belçikaya səfər etmək niyyətindədir.

 

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.

 

O qeyd edib ki, Blinken Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək, orada Ukrayna və Qəzza zolağı ilə bağlı vəziyyəti müzakirə edəcək.

 

Onun sözlərinə görə, adıçəkilən ölkələrə səfər aprelin 1-dən 5-dək baş tutacaq.

 

Blinken daha sonra Brüsselə gedəcək, orada NATO xarici işlər nazirlərinin toplantısında iştirak edəcək, həmçinin NATO-nun Baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparacaq.

Gununsesi.info