Biləsuvarda avtomobil elektrik dirəyinə çırpıldı: Xəsarət alan var

Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, 2003-cü il təvəllüdlü Məhəmməd Həsənli idarə etdiyi minik avtomobilini elektrik dirəyinə çırpıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info