“Beşiktaş” əzmkar qələbə qazanıb, “Başakşəhər” büdrəyib

“Beşiktaş” əzmkar qələbə qazanıb, “Başakşəhər” büdrəyib

Türkiyə Super Liqasında XIV tur davam edir.

Gununsesi.org-un məlumatına görə, bu gün turun 4 oyunu keçirilib.

“Konyaspor” öz meydanında “Qaziantep”lə qolsuz heç-heçə edib. “Başakşəhər” “Dənizlispor”la səfər matçında bir xalla kifayətlənib.

“Antalyaspor”un qonağı olan “Trabzonspor” meydandan üç xalla ayrılıb. “Beşiktaş” iki dəfə hesabda geri düşdüyü səfər matçında “Kasımpaşa”nı məğlub edərək 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, tura dekabrın 9-da yekun vurulacaq.

Türkiyə Super Liqası
XIV tur
8 dekabr
“Konyaspor” – “Qaziantep” – 0:0
“Antalyaspor” – “Trabzonspor” – 1:3
Çelustka, 17 – Sorlot, 3, Nvakaeme, 25, Sarı, 45
“Dənizlispor” – “Başakşəhər” – 1:1
Barrou, 60 – Viska, 54
“Kasımpaşa” – “Beşiktaş” – 2:3
Pektemek, 24, Koita, 56 – Erkin, 39, Nayir, 71, 90

 

Gununsesi.org

COMMENTS