Türkiyədə partlayış: Ölənlər var

Türkiyədə partlayış: Ölənlər var

Türkiyənin Şırnak şəhərinin İdil qəsəbəsində bomba partlayıb.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən yerləşdirilmiş bombanın partlaması nəticəsində 2 nəfər ölüb , 7 nəfər yaralanıb.

Hadisə təhlükəsizlik qüvvələri bombanı zərərsizləşdirməyə çalışarkən baş verib.

Verilən rəsmi məlumatlara görə, şəhərdə terrorla mübarizəyə dair əməliyyatlar davam etdirilir.

Gununsesi.org

COMMENTS