Yeni Zelandiyada Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 5 nəfər həlak olub.
Gununsesi.org–un Trend-ə istinadən məlumatına görə, itkin düşənlərin olduğu da deyilir.
Polis indiyədək 23 nəfərin xilas edildiyini bildirib. Hadisə yerində axtarış-xilasetmə işləra aparılır.
Bölgə rəhbərliyi turistlərə vulkan ərazisinə yaxınlaşmamağı tövsiyə edib.
Uayt Aylend hazırda ən fəal vulkanlardan biri olsa da, turistlər arasında ən populyar bölgələrdən hesab olunur.
COMMENTS