Beş NATO ölkəsinin çevik reaksiya qüvvələri Polşada toplanıb -Fotolar

  • By ilhame
  • 22 Fevral 2024 22:56

NATO müttəfiqləri olan Türkiyə, Albaniya, Polşa, İspaniya və Böyük Britaniyanın çevik reaksiya qüvvələrini sınaqdan keçirmək üçün texnikalar Polşaya yerləşdirilir.

 

Gununsesi.info-nun məlumatına görə, bu barədə NATO-nun yaydığı məlumatda qeyd edilib.

 

Bildirilib ki, müttəfiq ölkələrin çevik hərbi maşınları hava, quru və dəniz yolu ilə sürətlə Polşaya gətirilir.

 

Qeyd edək ki, Polşada (25 fevral – 14 mart) Polşa tank süvari diviziyasının iştirakı ilə “Dragon-24 manevri” olacaq. Bu manevr “Brilliant Jump’24” adlı təlimlə birləşdiriləcək. Tədbirin “Dravsko Pomorske” poliqonunda keçirilməsi planlaşdırılıb.

Gununsesi.info