Berbok İrəvanda Mirzoyanla görüşdü

  • By Günel
  • 19 Noyabr 2024 23:08

Almaniya xarici işlər naziri Annalena Berbok artıq İrəvandadır və onun erməni həmkarı Ararat Mirzoyanla görüşü başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan XİN-in məlumatında deyilir.

Bildirilir ki, nazirlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə edəcək.

Qeyd edək ki, A.Berbok İrəvandan Bakıya gələcək.

Gununsesi.info