Astarada iki qardaş bıçaqlandı

  • By Günel
  • 19 Noyabr 2024 20:59

Astarada bıçaqlanma hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, rayon ərazisində 1990-cı il təvəllüdlü Ərçivan sakini Samir Etibar oğlu Mehdiyev və 1988-ci il təvəllüdlü qardaşı Zeynal Mehdiyev bıçaqlanıb. Onlar xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəlini bilinən şəxslərin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Fakt araşdırılır.

Gununsesi.info