Belçikada terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib

  • By ilhame
  • 22 Oktyabr 2023 21:00

Belçika hakimiyyəti Brüsseldə iki İsveç vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra ölkədə yeni təhlükəsizlik tədbirləri tətbiq etmək qərarına gəlib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə krallığın Baş naziri Aleksandr de Kru mətbuat konfransında bildirib.

“Hökumət öz məsuliyyətini qəbul edir”, – Baş nazir deyib.

Xatırladaq ki, oktyabrın 16-da naməlum şəxs Belçika paytaxtının mərkəzində atəş açıb, hücum nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə terror aktı kimi qiymətləndirilib.

Sonradan məlum olub ki, həlak olanlar AVRO-2024-ün seçmə turniri çərçivəsində yerli komandanın ev sahibliyi etdiyi futbol üzrə İsveç milli komandasının azarkeşləri olub. Bir gün sonra, oktyabrın 17-də polis terrorçunu zərərsizləşdirdiklərini açıqlayıb.

Gununsesi.info