
ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskiyə xəbərdarlıq edib. Bayden Zelenskini Vaşinqtonun Kiyevə kifayət qədər yardım göstərməməsi barədə şikayətləri dayandırmağa çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazıb.
İddiaya əsasən, Bayden Zelenskiyə deyib ki, “əgər Ukrayna lideri yardımın kifayət etmədiyini söyləməyə davam etsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”.
Qeyd edilib ki, oktyabrın əvvəlində Bayden Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini imzalayıb. Bu məbləğin 4,5 milyard dolları Kiyevə iqtisadi dəstək üçün, digər hissəsi isə dövlət orqanlarının işinin təmin edilməsinə yönəldiləcək.
Gununsesi.info