Edilli ilə bağlı bəyanat veriləcək

Yaxın vaxtlarda Edillidə tapılan kütləvi məzarlıqlarla bağlı Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayacaqlar.

Bu barədə Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayıl Publika.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan Milli Platformasında Edillidə tapılan kütləvi məzarlıqlarla bağlı bəyanat məsələsi müzakirə obyektidir:

“Yəqin ki, yaxın günlərdə yekun mətnlə ictimaiyyəti tanış edəcəyik”.

Gununsesi.info