
Abşeron rayonunda yüksəklikdən yıxılan fəhlənin bel fəqərəsi sınıb.
Gununsesi.info “report”a istinadən xəbər verir ki, rayonun Güzdək qəsəbəsində daş karxanaların birində fəhlə işləyən 1980-ci il təvəllüdlü Tağıyev Rövşən Vaqif oğlu ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.