Rusiyada son sutka ərzində daha 10 899 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 232 243-ə çatıb.
Gununsesi.org worldometers saytında istinadla xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bununla Rusiya koronavirusa yoluxma sayına görə dünya sıralamasında Böyük Britaniyanı qabaqlayaraq 3-cü yerə qalxıb. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 186 615 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 107 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 116-ya çatıb. Ümumilikdə 43 512 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, dünya üzrə 4 269 200 insan koronavirusa yoluxub, 287 504 nəfər isə vəfat edib.
COMMENTS