Ehsan Zahidov: “Tibbi maska taxmayan şəxslərə cərimə tətbiq olunmur”

Ehsan Zahidov: “Tibbi maska taxmayan şəxslərə cərimə tətbiq olunmur”

Daxili İşlər Nazirliyi tibbi maska taxmayan şəxslərə cərimə tətbiq edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Gununsesi.org-un xəbərinə görə, Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov APA-ya açıqlamasında qeyd edib ki,  tibbi maskadan istifadə etməyənlərə qarşı hər hansı bir cərimə nəzərdə tutulmayıb: “Maska taxmayan şəxslər ictimai nəqliyyata buraxılmır. Vətəndaşlardan tələb olunur ki, mütləq qaydada tibbi maskadan istifadə etsinlər”.

 

 

Gununsesi.org

 

COMMENTS