
Ötən gün Xırdalan şəhərində yaşadığı evin həyətində yıxılaraq xəsarət alan qadın ölüb.
Gununsesi.info xəbər verir ki, başından aldığı xəsarətlə xəstəxanaya yerləşdirilən 1964-cü il təvəllüdlü Fərqanə Quliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
Gununsesi.info