Rusiyada zəlzələ oldu

Rusiyanın Altay Respublikasında 5,0 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsinin saytında yazılıb.

“Zəlzələnin maqnitudası 5.0, zəlzələnin mərkəzində intensivlik 6.4-dür”, – məlumatda qeyd olunub.

Yeraltı təkanların episentrinin dağlıq ərazidə yerləşdiyi bildirilir.

 

 

Gununsesi.info