Moskvadan Qarabağdakı sülhməramlılarla bağlı vacib AÇIQLAMA

Moskva regionda vəziyyətin köklü dəyişməsi ilə əlaqədar Rusiya sülhməramlılarının Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzinin sözlərinə görə, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır.

“Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, – nazir müavini əlavə edib.

Gununsesi.info