21 yaşlı gənc dəm qazından öldü

  • By Admin2
  • 24 Yanvar 2026 12:28

Qusarda gənc oğlan dəm qazından boğulub.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun İmamqulukənd kəndində qeydə alınıb.

21 yaşlı Fəzail Əbiyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.

Gəncin həyatını xilas etmək mümkün olmayıb.

Gununsesi.info