Baş Prokurorluq mina partlayışı barədə məlumat yaydı

Şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

 

Baş prokurorluğun Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info