Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib.
Gununsesi.info-nun xəbərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib.
Orxan Kəngərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4, 240.2.1, 240.2.2-ci maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, vəkil Orxan Rüstəm oğlu Kəngərli polis tərəfindən saxlanılıb.
O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.
Vəkil Orxan Kəngərli “Alyans” Vəkil Bürosunun müdiridir.(APA)
***
08:50
Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları tanınmış vəkil Orxan Kəngərlini və bir qrup şəxsə qarşı xüsusi əməliyyat keçirib.
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, saxlanılan şəxslər psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlində ittiham olunurlar.
Məlumata görə, Orxan Kəngərli və digər saxlanılan şəxslərin sabah məhkəməyə çıxarılması gözlənilir. Onların barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılacağı bildirilir.











