
Balakən rayonunun Talalar kəndi ərazisində Ruhin Varansovun idarə etdiyi “Ford” markalı avtomobil ilə Nurşad Məmmədovun sürücüsü olduğu “VAZ-2107” toqquşub.
Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ”dakı 4 sərnişin xəsarət alıb. Onlardan 3-nə ilkin tibbi yardım göstərilərək evə buraxılıb, birinin isə müalicəsi xəstəxanada davam etdirilir. Xəsarət alanlardan biri 1984-cü il təvəllüdlü Nuranə Əhmədovadır.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info