Bakıda universitetin gənc müəllimi vəfat etdi 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi Şəhla Kazımbəyli dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə universitetin mətbuat xidməti məlumat yayıb.

ADPU-nun rəhbərliyi, elmi-pedaqoji və tələbə heyəti adından mərhum pedaqoqumuzun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı diləyib.

Allah Rəhmət Eləsin!

Gununsesi.info