Bakıda lüks avtomobil polis maşınına çırpıldı - VİDEO

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Report”a Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, hadisə paytaxtın Ağ Şəhər ərazisində qeydə alınıb. Belə ki, “Gelandewagen” markalı avtomobillə Post Patrul Xidmətinin avtomobili toqquşub. Nəticədə polis əməkdaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info