Yüzdən çox kitabı olan yazıçı ağır şəraitdə yaşayır - FOTOLAR

“Qanun” Nəşrlər Evinin direktoru və “Əli və Nino” Kitab Evinin rəhbəri Nigar Köçərli 87 yaşlı yazıçı Əlisa Nicata evində baş çəkib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə açıqlama verən Nigar Köçərli bildirib ki, yüzdən çox kitabı olan Əlisa Nicat ağır şəraitdə yaşayır.
“Belə ki, onun evində istilik problemi var. Bundan başqa bir sıra həllini tapmalı problemlər yaşayır” deyə Köçərli bildirib.

Qeyd edək ki, Nigar Köçərli yazıçının bank hesabını paylaşaraq, insanları ona kömək etməyə çağırıb.

Gununsesi.info həmin hesabı təqdim edir:

Yardım etmək istəyənlərin nəzərinə:

6768 6771 7676 6289
Kapital bank
Əlisa Hüseynov

Gununsesi.info