Bakıda qadın dəm qazından öldü

Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, 1950-ci il təvəllüdlü Şəfiqə Murquz qızı Məmmədova Çingiz Mustafayev küçəsindəki evinin hamam otağında olarkən dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

 

 

Gununsesi.info