Şəkidə intihara cəhd edən qadın vəfat edib

  • By ilhame
  • 02 Mart 2024 19:43

Şəki şəhərində 38 yaşlı qadın bir neçə gün öncə intihara cəhd edib.

 

Gununsesi.info-nun məlumatına görə, fevralın 25-də 1986-cı il təvəllüdlü Sevinc Rəhimova sirkə turşusu içib.

 

O, xəstəxanaya yerləşdirilib. Daha sonra Bakı şəhərindəki xəstəxanalardan birinə təhkim olunub. Qadın ötən gecə orada vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info