Şəkidə avtomobil qadını vuraraq öldürüb

  • By ilhame
  • 29 Fevral 2024 20:03

Şəkidə avtomobil 68 yaşlı qadını vuraraq öldürüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, fevralın 29-u saat 17:30 radələrində Şəki şəhəri ərazisində Murad Əfəndiyev idarə etdiyi “Lada Priora” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Əntiqə Fətəliyevanı vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info