Başqırdıstanda baş vermiş yol qəzasında 3 nəfər ölüb

  • By ilhame
  • 12 Aprel 2024 22:38

Rusiyanın Başqırdıstanda yollardan birində avtomobilin küvetə aşması sonucunda üç nəfər ölüb.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə region üzrə yol polisi idarəsinin mətbuat xidməti məlumat yayıb.

 

“Hadisə bu gün saat 18:30 radələrində Krasnaya Başkiriya – Pokrovka avtomobil yolunun 2-ci km-də baş verib. İlkin məlumata görə, “Hyundai Accent” markalı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili küvetə aşırıb”, – məlumatda deyilir.

 

Qəza nəticəsində sürücü və iki sərnişini keçinib.

Gununsesi.info