Bakıda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Gununsesi.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Belə ki, martın 31-i saat 17 radələrində Qaradağ rayonunun Güzdək qəsəbəsi ərazisində Korgöz qəsəbə sakini A.Həsənov idarə etdiyi “Lada Priora” markalı avtomobili aşırıb.
Nəticədə, avtomobildəki sərnişinlər – qəsəbə sakinləri Anar Əlişanov və qardaşı Asif hadisə yerində ölüb, sürücü xəstəxanaya yerləşdirilib.
Gununsesi.org
COMMENTS