Dünyada koronavirus pandemiyası tüğyan etməyə davam edir.
Gununsesi.org worldometers.info saytına istinadla xəbər verir ki, çoxsaylı insan qətliamına səbəb olan infeksiyaya 872 mindən artıq insan yoluxub. Həmin şəxslərdən 43 min nəfəri dünyasını dəyişib. Sağalanların sayı da artmağa davam edir. Son məlumatlara görə, virusdan 184,514 nəfər yaxa qurtara bilib.
Qeyd edək ki, təkcə son 24 saatda virusdan 5 minə yaxın insan vəfat edib. Dünyanın başına götürən virus səbəbindən bir çox ölkələr sərhədlərini qapadıb, yerli və ölkələrarası uçuşlarını təxirə salıb. Çoxlu sayda şirkətlər işə qapadılıb, bəzi ölkələrdə fövqəladə hal elan edilib.
Arzu
COMMENTS