Bakıda iki maşın toqquşdu – XƏSARƏT ALAN VAR

  • By admin
  • 25 May 2021 21:54

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Mirzəzadə Elnur Ceyhun oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Gununsesi.info