
Koçaryan Ermənistanı necə xilas etmək istəyir? Ermənistanın sabiq prezidenti Köçəryan növbədən kənar parlament seçkilərində iştirak edəcək. Koçaryan artıq bütün planlarını açıqlayaraq, hədəflərini müəyyənləşdirib. Seçkilərə kimlərlə birlikə qatılacığı da artıq məlumdur. Köçəryan rəsmi şəkildə “ Hayastan” ittifaqını yaratdığını elan edib. Bu ittifaqa “Daşnaqüstün” və “ Ermənistanın dirçəlişi” partiyası daxildir. Sabiq həmçinin bildirib ki, hakimiyyətə gəlsə, təcrübəsindən istifadə edərək, yenidən Ermənistanı dirçəldəcək. Köçəryan hakimiyyətə gələrsə, nə dəyişəcək?
Gununsesi.info xəbər verir ki,mövzu ilə bağlı siyasi şərhçi, blogger Vüsal Məmmədzadə Modern.az-a danışıb. Onun sözlərinə görə, Koçaryanın radikal milliyyətçilərin dəstəyinin alması ondan xəbər verir ki, Paşinyanın dövründəki atmosfer tamamilə dəyişəcək:
“Paşinyanın yanaşması tam fərqlidir, nə qədər bizə qarşı ifadələr səsləndisə də, ümumilikdə regional layihələrin olmasında maraqlıdır. Köçəryan 10 il hakimiyyətdə olub, ondan sonra hakimiyyətə gələn Serj Sarkisyan da sələfinin yolunu davam etdirib. Onların hakimiyyəti dövründə heç bir dəyişiklik olmayıb. Amma indiki vəziyyətdə regionda yeni imkanlar yaranır və bu imkanlar qonşu dövlətlər üçün əhəmiyyətlidir. Regional layihələrin həyata keçməsi qonşu dövlətlər arasında iqtisadi asılılıq yartdığına görə, sülhə də imkan yaradacaq. Misal üçün, Azərbaycan və Ermənistan ortaq bir layihədə iştirak etsə, siyasi məsələlərdə də bir-birinə güzəştə getməyə məcbur olacaqlar. Belə olduğu halda uzunmüddətli müharibə də gözlənilmir”.
Məmmədzadə həmçinin qeyd edib ki, Köçəryanın hakimiyyətə gəlməsi bu prosesləri ləngidə bilər: “Düzdür, Koçaryan üç tərəfli bəyanatı poza bilmək cəsarətində deyil. Çünki üç tərəfli bəyanatın tərəflərindən biri də Rusiyadır. Koçaryanda Rusiyanın qoyduğu tələblərə qarşı gedə bilməz. Təkcə Koçaryan yox, ümumiyyətlə Ermənistanda elə bir siyasətçi yoxdur ki, Rusiyaya qarşı gəlsin. Ermənistan Rusiyadan siyasət baxımından tam asılı vəziyyətdədir, müstəqil qərar qəbul edə bilmir. Paşinyandan fərqli olaraq, Koçaryan radikal kəskin mövqeydədir. Onun üçün bir variant var, bu da Qarabağın müstəqillik almasıdır. Bu fikrin reallaşacağını isə düşünmürəm”.
Gununsesi.info