Bakı bu gün də tıxaca təslim oldu – FOTOLAR

Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Gununsesi.info xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, sıxlıq olan küçə və prospektlərdə ekspress və müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində çətinliklər yaranıb. Hərəkət intervalında gecikmələr müşahidə edilir.

– Ziya Bünyadov prospekti – 20 yanvar dairəsi istiqamətində Bakı Olimpiya Stadionundan başlayaraq Atatürk prospekti ilə kəsişməyədək;

– Heydər Əliyev prospekti – Mərkəz istiqamətində əsas və köməkçi yolda;

– 8 noyabr prospekti – Mərkəz istiqamətində Ramiz Quliyev küçəsi ilə kəsişmədən Süleyman Əhmədov küçəsi ilə kəsişməyədək;

– A.Salamzadə küçəsi – Z.Bünyadov prospekti istiqamətində Tbilisi prospekti ilə kəsişmədən körpünün üzərindən başlayaraq tunelədək;

– Yusif Səfərov küçəsi – Xocalı prospekti ilə kəsişmədən başlayaraq Heydər Əliyev prospekti istiqamətində;

– Aeroport şossesi – Mərkəz istiqamətində Ramana körpüsündən başlayaraq Sabunçu körpüsünədək;

– Rəşid Behbudov küçəsi – Zərifə Əliyeva küçəsi ilə kəsişmədən Mərkəzi bankın qarşısınadək;

– Moskva prospekti – 20 yanvar dairəsi istiqamətində Avtovağzalın qarşısınadək sıxlıq müşahidə edilir.

  Gununsesi.info