
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.
Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Əhmədov Anar Mirzəhüseyn oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona boynun əziyi diaqnozu qoyulub.
Gununsesi.info