Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

  • By admin
  • 07 Sentyabr 2021 21:05

Gəncədə yerləşən psixatriya xəstəxanasından qaçdıqdan sonra yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı Cəmil Babayev yolunu azaraq Azərbaycan tərəfə keçmiş iki erməni – Artur Nalbandyan və Aramais Torozyanla dəyişdirilib.

Gununsesi.info əldə etdiyi məlumata görə, dəyişdirilmə prosesi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.

Xatırladaq ki, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Gununsesi.info