Bakıda avtobus qəzası: Xəsarət alan var

Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb.

Gununsesi.info-nun məlumatına görə, avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub.

HTML tutorial

Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Gununsesi.info