Zaqatalada çaqqal insana hücum edib

Zaqatalada 17 yaşlı gəncə çaqqal hucum edib.

Gununsei.info xəbər verir ki, hadisə axşam saatlarında rayonun Bəhmətli kəndində baş verib. Kənd sakini 2006-cı il təvəllüdlü Əkrəm Mahir oğlu Qasımova hucum edən çaqqal onun sol aşağı ətrafın baldır nahiyəsinə xəsarət yetirib.

HTML tutorial

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında Əkrəm Qasımova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə qarşı peyvənd vurulub.

Gununsesi.info