Polis əməkdaşları yanğınla əlaqədar təhlükəsizlik tədbirləri görüblər

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı polis əməkdaşları dərhal hadisə yerinə səfərbər edilməklə təhlükəsizlik tədbirləri görülüb.

DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, ərazi tam mühafizəyə götürülməklə polis əməkdaşları təxliyyə – xilasetmə tədbirlərində fəal iştirak ediblər.

Hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilir.

Gununsesi.info