
Xəbər verdiyimiz kimi, Bakıda ağır yol qəzası baş verib. 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2 nəfər Sabunçu Tibb Mərkəzinə təxliyə edilib: “Onlardan 1-i həkimlərin səylərinə baxmayaraq, yolda dünyasını dəyişib. Hazırda tibb müəssisəsində 1-nin müalicəsinə davam edilir. Qeyd edək ki, hadisə nəticəsində həkimə qədər üç nəfər dünyasını dəyişib”.
13:16
Bakının Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info Report-a istinadla xəbər verir ki, hadisə “Toyota Prius” və “Mercedes C Class”ın iştirakı ilə qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində insan itkisi var.