
Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
Avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Babayeva Nuray Zamiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.
Gununsesi.info