
“Həzi Aslanov-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər “Ulduz” stansiyasında düşürülüb.
Bu barədə Gununsesi.info-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qatar ən yaxın yoxlama məntəqəsi kimi “Nərimanov” elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.
Həmin qatarın əvəzinə xəttə qatar verilib.